“Liverpul” Jotanın ailəsinə müqavilənin bütün məbləğini ÖDƏYİB

Hazırda oxunan: “Liverpul” Jotanın ailəsinə müqavilənin bütün məbləğini ÖDƏYİB

272476

“Liverpul”un baş məşqçisi Arne Slot vəfat edən hücumçu Dioqo Jotanın ailəsinə klub tərəfindən müqavilənin tam məbləğinin ödənildiyini təsdiqləyib.

Bizim.Media TNT Sports-a istinadən xəbər verir ki, o deyib:
 

“Azarkeşlərin reaksiyası ilə qürur duyduğumu demişdim, amma klubun sahibləri barədə də söz demək istəyirəm... Adətən, sahiblər də, məşqçilər də çox tənqid olunur. Amma bu dəfə onların davranışı – Jotanın həyat yoldaşı və övladlarına müqavilədə nəzərdə tutulan bütün məbləği ödəməsi – alqışa layiqdir. Bəlkə də kiməsə bu, adi hal kimi görünür, amma futbol dünyasında belə olmur”.


Qeyd edək ki, Jotanın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Portuqaliyalı forvard 2020-ci ildən mersisaydlıların heyətində çıxış edirdi. O, iyulun 3-də avtomobil qəzasında həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin