Boks millimiz Avropa çempionatında

Hazırda oxunan: Boks millimiz Avropa çempionatında

272435

Sentyabrın 30-da Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.

Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyası məlumat yayıb.

On gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev, məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadə U-19-ların mübarizəsində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq), Rza Rzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcəklər.
 

Qızlardan ibarət millinin məşqçisi Anar Baxışovun rəhbərliyi altında isə rinqə Banuçiçək Nəsirli (48 kq) və İlkanə Əhmədova (+80 kq) çıxacaqlar. Avropa çempionatında referilər sırasında beynəlxalq dərəcəli hakim Rövşən Qədirov da yer alacaq.


Komanda yarışa Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkü sentyabrın 29-da atılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin