Braziliya millisinin sabiq üzvü Ronaldo həmyerlisi, hazırda “Santos”un formasını geyinən Neymar haqda danışıb.
Bizim.Media xəbər verir ki, o, 33 yaşlı forvardın DÇ-2026-da Braziliya yığmasına çox fayda verə biləcəyini deyib:
“Neymar Braziliya millisinin əsas futbolçusudur. Ölkəmizdə onun kimi 2-ci bir oyunçu yoxdur. Ümid edirəm ki, Neymar dünya çempionatına tam hazır olacaq”.
Qeyd edək ki, ardıcıl zədələr alan Neymar 2023-cü ildən Braziliya millisi ilə oyuna çıxmır. Yeni baş məşqçi Karlo Ançelotti forvardı dünya çempionatının seçmə mərhələsi üçün yığmaya çağırmayıb. Sentyabrın 20-də isə onun yenidən zədələndiyi, təqribən 1 ay oynamayacağı məlum olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:23 / 25.09.2025
Ronaldo: “Braziliyada Neymar kimi başqa oyunçu yoxdur”
Hazırda oxunan: Ronaldo: “Braziliyada Neymar kimi başqa oyunçu yoxdur”
Hazırda oxunan: Ronaldo: “Braziliyada Neymar kimi başqa oyunçu yoxdur”
272421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.