İngiltərənin “Arsenal” klubu Türkiyə millisinin futbolçusu Kenan Yıldızın nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
Bizim.Media Goal.com nəşrinə istinadən xəbər verir ki, “topçular” hazırda İtaliya təmsilçisi “Yuventus”da çıxış edən 20 yaşlı hücumçunu heyətinə qatmaqda israrlıdır.
Turin klubu yayda İngiltərənin digər komandası “Çelsi”dən təklif alsa da, oyunçunu buraxmaq istəməyib.
Qeyd edək ki, Kənan Yıldız “Yuventus”un heyətində mövsümün əvvəlində meydana çıxdığı 9 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
18:00 / 25.09.2025
“Arsenal” türkiyəli futbolçu üçün danışıqlara BAŞLADI
Hazırda oxunan: “Arsenal” türkiyəli futbolçu üçün danışıqlara BAŞLADI
Hazırda oxunan: “Arsenal” türkiyəli futbolçu üçün danışıqlara BAŞLADI
272410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.