"Qarabağ" - "Kopenhagen" matçının biletləri satışa çıxarılır - Stadionda YENİLİKLƏR EDİLİB

Hazırda oxunan: "Qarabağ" - "Kopenhagen" matçının biletləri satışa çıxarılır - Stadionda YENİLİKLƏR EDİLİB

272353

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda "Kopenhagen"ə qarşı oyununun biletləri bu gün satışa çıxarılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, biletlər saat 15:00-dan etibarən iTicket.az saytında satışda olacaq.

Məlumata görə, "Qarabağ" - "Kopenhagen" oyunu öncəsi stadionda bəzi yeniliklər edilib. Tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.

VIP sektorlar:

Qubadlı VIP

Zəngilan VIP

Füzuli VIP

Cəbrayıl VIP

Xocalı VIP

Laçın VIP

Kəlbəcər VIP

VVIP sektorlar:

Ağdam VVIP

Şuşa VVIP

Xankəndi VVIP.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin