Messi yenə dubl etdi – VİDEO

Hazırda oxunan: Messi yenə dubl etdi – VİDEO

272294

"Nyu-York Siti" futbol komandasının "İnter Mayami"ni qəbul etdiyi MLS matçı başa çatıb.

Bizim.Media xəbər verir ki, Nyu-Yorkdakı "Siti Feld" stadionunda keçirilən qarşılaşma qonaqların 4:0 hesablı darmadağınlı qələbəsi ilə yekunlaşıb.

Argentinalı ulduz hücumçu Lionel Messi matçda dublla və məhsuldar ötürmə ilə fərqlənib.

Uruqvaylı hücumçu Luis Suares və argentinalı hücumçu Baltasar Rodriqes də hərəyə bir qol vurublar.

Bununla da "İnter Mayami" ardıcıl üçüncü qələbəsini qazanıb. "Nyu York Siti"nin üç oyunluq qələbə seriyası başa çatıb.

"İnter Mayami" bu qələbə ilə 29 oyundan sonra 55 xalla Şərq Konfransında üçüncü pilləyə yüksəlib. "Nyu York Siti" 31 oyundan sonra 53 xalla eyni konfransda beşinci yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin