Azərbaycan U-16 millisinin Qəbələdə keçiriləcək III MDB Oyunları üçün yekun heyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, U-16 millimiz A qrupunda Tacikistan (27 sentyabr) və Qırğızıstan (1 oktyabr) yığmaları ilə mübarizə aparacaq.
Yığmaya aşağıdakı oyunçular dəvət alıblar:
Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Tunar Bayramov, Arda Əzizli, Mehdi Hüseyn, Əhəd Hacızadə, Yusif Orucəliyev, Əli Bəşirov, Daniil Rəcəbov ("Qarabağ"), Kamal Camalzadə, Şikar Şikar, Qafar Babayev ("Neftçi"), Rəsul Balakişiyev ("Marcet" İspaniya), Hamza Tahirov ("Qəbələ"), Raul Paşayev ("Zirə"), Cəfər Cəfərzadə, Xəzər Hüseynzadə, Firdovsi Şeydayev, Ruslan Əbilov ("Sabah")
Qeyd edək ki, III MDB Oyunlarının futbol yarışları Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:39 / 24.09.2025
Millimizin III MDB Oyunları üçün heyəti AÇIQLANDI
Hazırda oxunan: Millimizin III MDB Oyunları üçün heyəti AÇIQLANDI
Hazırda oxunan: Millimizin III MDB Oyunları üçün heyəti AÇIQLANDI
272236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.