Millinin baş məşqçisi QARƏT EDİLDİ

Hazırda oxunan: Millinin baş məşqçisi QARƏT EDİLDİ

272208

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin evi qarət edilib.

Bizim.Media “A Bola” nəşrinə istinadən xəbər verir ki, hadisə şənbə günü çalışdırıcının Kaşkayşedəki evində yaşanıb. 

Cinayətkarlar evə soxularaq dəyəri bir milyon avrodan çox olan qızıl-zinət əşyaları və saatlar oğurlayıblar.
 

Basqın zamanı içəridə yalnız ev qulluqçusu olub. O, həmin vaxt zirzəmidə olub və oğruların içəri girdiyini hiss etməyib. Lakin sonradan qarətdən xəbər tutaraq ev sahiblərinə məlumat verib.


Portuqaliya millisi finalı 2026-cı ildə keçiriləcək dünya çempionatına inamlı başlayıb. Martinesin komandası Ermənistan və Macarıstanı məğlub edərək seçmə qrupda liderdir. Portuqaliyalılar qrup mərhələsində İrlandiya ilə də qarşılaşacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin