Sabah karatenin əlbəyaxa növü üzrə peşəkarların döyüşüdür - VİDEO

Hazırda oxunan: Sabah karatenin əlbəyaxa növü üzrə peşəkarların döyüşüdür - VİDEO

272140
Sabah Bakı İdman Sarayında Aşihara Karate üzrə Respublika Çempionatı keçiriləcək. Çempionat Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub.

Eurasia Diary xəbər verir ki, çempionatda ölkənin 20 rayon və şəhərindən olan idmançıların müxtəlif yaş qrupları üzrə maraqlı qarşılaşmaları, yaddaqalan çıxışları, kumiteləri və sonda peşəkarların döyüşü keçiriləcək.

Karatenin full kontakt növünə aid edilən Aşihara Karate ilk dəfə 1972-ci ildə Yaponiyada, Hideyuku Aşihara tərəfindən yaradılıb və əlbəyaxa döyüş sənəti kimi tez bir zamanda dünyada geniş yayılıb. Azərbaycan Aşihara Karate Federasiyası 1998-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. 2002-ci ildən ölkəmizi karatenin bu növü üzrə dünya miqyaslı yarışlarda, beynəlxalq turnirlərdə təmsil edir.xa0xa0

Çempionatın seçim mərhələsi saat 10:00-da Bakı İdman Sarayında başlayacaq. Final mərhələsinin açılış mərasimi və Peşəkarların full kontakt döyüşü saat 16:00-da start götürəcək. Qeyd edək ki, Çempionatı izləmək üçün giriş pulsuzdur.xa0xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin