“Kəpəz” baş məşqçi axtarışına BAŞLADI

Hazırda oxunan: “Kəpəz” baş məşqçi axtarışına BAŞLADI

271853

Adil Şükürovu istefaya göndərən “Kəpəz” baş məşqçi axtarışlarını davam etdirir.

Bizim.Media xəbər verir ki, klub hazırda əsas gücünü yeni baş məşqçi tapmaq üçün səfərbər edib.

Gəncə təmsilçisinin siyahısında "Şəfa”nın baş məşqçisi Elgiz Kərəmlinin də adı var. Onun paytaxt klubunda gördüyü işlər Premyer Liqa klubun diqqətini çəkib. Belə ki, “Şəfa” II Liqada onun rəhbərliyi altında məğlub olmadan I Liqaya vəsiqə qazanıb və hazırda turnir cədvəlində liderlik edir.

Lakin Kərəmli ilə yanaşı, “Kəpəz” xarici məşqçi variantını da gözdən keçirir. Mövsümün əvvəlində baş məşqçi postuna dəvət ediləcəyi gözlənilən, lakin sonradan təyinatı reallaşmayan Mirça Rednik variantı yenidən gündəmə gəlib. "Standard"(Liej) klubundan ayrıldıqdan sonra işsiz qalmış rumın mütəxəssisin də Azərbaycana geri dönüşü baş tuta bilər. Misli Premyer Liqasında bu mövsüm keçirilmiş 5 turdan sonra turnir cədvəlində sonuncu pillədə qərarlaşmış klub bu ayın sonuna kimi baş məşqçi məsələsini həll etməyə çalışır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin