Buskets karyerasını BİTİRİR

Hazırda oxunan: Buskets karyerasını BİTİRİR

271846

“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets karyerasını başa vurmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, 37 yaşlı futbolçu qərarını noyabr ayında - MLS-də mövsüm başa çatanda açıqlayacaq.

Qeyd edək ki, Serxio Buskets “Barselona”nın yetirməsidir. Təcrübəli oyunçu Kataloniya təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 722 rəsmi matçda 18 qol vurub və 46 məhsuldar ötürmə edib. İspaniya millisinin sabiq üzvü 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin