Həsrət Cəfərov final görüşünə çıxacaq

Hazırda oxunan: Həsrət Cəfərov final görüşünə çıxacaq

271586

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatının sonuncu günündə Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) final görüşünə çıxacaq.

Bizim.Media xəbər verir ki, idmançı iranlı Səid Esmaili ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 7 medal var. Ülvi Qənizadə (72 kq) dünya çempionu adını qazanıb.

Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin