Misli Premyer Liqasında bu gün V tura iki oyunla yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edəcək.
"Liv Bona Dea Arena"da baş tutacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.
"Araz-Naxçıvan" 10 xalla turnir cədvəlinin üçüncü pilləsindədir. Səkkizinci yerdə olan "Qarabağ"ın isə 4 xalı var.
Turun son görüşü Sumqayıtda keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Bu matçı Elçin Məsiyev idarə edəcək.
"Sumqayıt" 10 xalla ikinci yerdədir. 11-ci pillədə qərarlaşan "Neftçi" isə 4 xala malikdir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı, "Qəbələ" "Kəpəz"i 3:0, "Zirə" "Şamaxı"nı 2:1, "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:14 / 21.09.2025
Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq
Hazırda oxunan: Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq
Hazırda oxunan: Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq
271576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.