“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

Hazırda oxunan: “Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

271540

Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün ilk görüşündə “Qəbələ” doğma meydanda autsayder “Kəpəz”lə üz-üzə gəlib.

Meydan sahibləri bu oyunda 3 cavabsız qola seviniblər. Günün digər oyunu “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq.
 

Daha öncə keçirilmiş oyunlarda “Karvan-Yevlax” “İmişli”yə uduzub (0:3), “Zirə” isə “Şamaxı”ya 2:1 qalib gəlib. “Araz-Naxçıvan” – “Qarabağ” və “Sumqayıt” – “Neftçi” matçları sabah keçiriləcək.


Premyer Liqa

5-ci tur

20 sentyabr

“Qəbələ” – “Kəpəz” 3:0

Qollar: Adriel Ba Lua, 44. Prins Ovusu, 59; 67.

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev.

Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila, 30. Prins Ovusu.

Baş məşqçi: Kaxaber Sxadadze.

Kəpəz: 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bento, 6. Pedro Qomes.

Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 19. Otar Aptsiauri, 55. Kresus Donqo.

Baş məşqçi: Adil Şükürov.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin