“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Hazırda oxunan: “Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

271411

UEFA Çempionlar Liqasının 1-ci turunun ən yaxşı futbolçularından ibarət simvolik komandasını təqdim edib.

Bizim.Media xəbər verir ki, bu haqda qurumun sosial şəbəkə hesabları məlumat yayıb. Rəmzi komandaya “Qarabağ”ın 24 yaşlı braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo da düşüb.

Rəmzi komanda

Qapıçı: Xeronimo Rüli (“Olimpik Marsel”)

Müdafiəçilər: Markos Lyorente (“Atletiko” Madrid), Vircil van Deyk (“Liverpul”), Derrik Lyukkassen (“Pafos”), Yussufa Mjöci (“Slaviya” Praqa).

Yarımmüdafiəçilər: Markus Raşford (“Barselona”), Hans Vanaken (“Brügge”), Pedro Bikalyo (“Qarabağ”), Fransisku Trinkan (“Sportinq” Lissabon).

Hücumçular: Markus Türam (“İnter”), Hari Keyn (“Bavariya”).

Qeyd edək ki, UEFA-nın rəyinə əsasən, Bikalyo həmçinin “Benfika” - “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusu seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin