Bu gün Avro-2020-də 1/4 final mərhələsinə start verilib
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 matçdan 1-i artıq başa çatıbş Əvvəlcə İsveçrə İspaniya ilə üz-üzə gəlib Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub.
MÖVZU İLƏ BAĞLI:
AVRO-2020: Futbolçular Bakıdadır, oyuna 21 min bilet satılıb
Burada hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn İspaniya yarımfinala yüksəlib. Komanda bu mərhələdə Belçika - İtaliya cütünün qalibi qarşılaşacaq.
Günün digər oyununda isə Belçika İtaliya ilə qarşılaşacaq.
Qeyd edək ki, sabah keçiriləcək iki görüşlə 1/4 finala yekun vurulacaq.
Bizim.Media





























































































