“Qarabağ”ın futbolçusu Çempionlar Liqasının RƏMZİ KOMANDASINDA

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu Çempionlar Liqasının RƏMZİ KOMANDASINDA

271335

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun rəmzi "11-liy"i açıqlanıb. 

Bizim.Media xəbər verir ki, simvolik heyətə Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Mateus Silva da düşüb.
 

Siyahını "Yahoo" portalı tərtib edib. Silvanın Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı tarixi qələbədə böyük sahibi olduğu yer alıb.


"11-lik" aşağıdakı kimidir:

Qapıçı: Joan Qarsiya ("Barselona", İspaniya);

Müdafiəçilər: Mateus Silva ("Qarabağ", Azərbaycan), Derrik Lukassen ("Pafos", Kipr), Vircil Van Dayk ("Liverpul", İngitlərə), Yusufa Mboci ("Slaviya", Çexiya);

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter", İtaliya), Hans Vanaken ("Brügge", Belçika), Fransişku Trinkao ("Sportinq", Portuqaliya);

Hücumçular: Markus Rəşford ("Barselona", İspaniya), Duşan Vlahoviç ("Yuventus", İtaliya), Harri Keyn ("Bavariya", Almaniya).

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin