Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Hazırda oxunan: Kaka məşqçiliyə başlamaq İSTƏYİR

271225

"Milan", "Real Madrid" və Braziliya millisinin əfsanəvi keçmiş oyunçusu Kaka məşqçilik karyerasına başlamaq istədiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, futbolçu peşəkar futboldan ayrıldıqdan sonra da oyuna sevgisini saxlayır.

"Futbolu sevirəm. Bir gün məşqçi olmaq istərdim. Bu, mənim üçün inanılmaz çağırış olardı!", - "Pianeta Milan" onun sözlərindən sitat gətirir.
 

Daha əvvəl Karlo Ançelottinin Kakanı Braziliya millisinə məşqçilər korpusuna dəvət edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Kaka özü də bu təklifə açıq olduğunu və Ançelottinin komandasına qoşulmağa hazır olacağını bildirib.


2017-ci ilin dekabrında Kaka oyunçu karyerasını başa vurub və o vaxtdan bəri futbolla birbaşa məşğul olmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin