Millimizdən gedən Santuşa Yunanıstandan TƏKLİF

Hazırda oxunan: Millimizdən gedən Santuşa Yunanıstandan TƏKLİF

271205

Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuş Yunanıstanda çalışa bilər.

Bizim.Media xəbər verir ki, "Panatinaikos" portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə yunan mediası məlumat yayıb.

Afina təmsilçisi 70 yaşlı məşqçi ilə danışıqlara başlayıb. Santuşun təklifə isti yanaşdığı bildirilir.

Qeyd edək ki, "Panatinaikos" Ruy Vitoriya ilə yollarını ayırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin