Millimiz FİFA reytinqində GERİLƏDİ – SİYAHI

Hazırda oxunan: Millimiz FİFA reytinqində GERİLƏDİ – SİYAHI

271128

FİFA milli komandalarının sentyabr ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandası daha iki pillə geriləyib: 1148,09 xalla 122-ci yerdən 124-cü yerə düşüb.

Bu müddətdə millimiz DÇ-2026-nın seçmə mərhələsində iki oyun keçirib. Biri İslandiyaya (0:5), digəri Ukraynaya qarşı (1:1).

Azərbaycanın ən yaxın rəqibləri Zimbabvedir (1133,75). Malayziya isə (1148,23) millimizdən bir pillə yuxarı pillədədir.

Yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərinin sıralaması isə bu cürdür:

Fransa – 2-ci (1870,92), Ukrayna – 28-ci (1543,06), İslandiya – 74-cü (1343,09).

Reytinqin ilk onluğu isə belə görünür:
1.İspaniya (1875,357)

2.Fransa (1870,92)

3. Argentina (1870,32)

4. İngiltərə (1820,44)

5. Portuqaliya (1779,55)

6. Braziliya (1761,6)

7. Niderland (1754,17)

8. Belçika (1739, 54)

9. Xorvatiya (1714,2)

10. İtaliya (1710,06).

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin