Güləş üzrə dünya çempionatı ilk dəfə bu ölkədə KEÇİRİLƏCƏK

Hazırda oxunan: Güləş üzrə dünya çempionatı ilk dəfə bu ölkədə KEÇİRİLƏCƏK

270937

2026-cı ildə güləş üzrə dünya çempionatı tarixdə ilk dəfə Bəhreyndə keçiriləcək. 

Bizim.Media xəbər verirki, paytaxt Manamada təşkil olunacaq mundial sentyabrın 5-13-də gerçəkləşəcək. 
 

İndiyədək heç bir ərəb ölkəsi güləş üzrə dünya çempionatına ev sahibliyi etməyib. Bu baxımdan, Bəhreyn adını tarixə yazdıracaq.


Bəhreyn Olimpiya Komtəsinin baş katibi Faris Əl Kuheci və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç tarixi bəyanat verərək, müvafiq müqaviləyə imza atıblar. Laloviç dünya çempionatına ev sahibliyi baxımından qitələri müntəzəm dəyişmək istədiklərini bildirib.

Əl Kuheci isə bu tədbirin ölkəsinə ciddi iqtisadi fayda gətirəcəyini vurğulayıb:

"Biz İran, ABŞ və digər ölkələrdən çoxlu azarkeş cəlb edəcəyik".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin