Türkiyəli şərhçi: “Qurban Qurbanovu çağırın, bizim məşqçilərə dərs keçsin” - VİDEO

Hazırda oxunan: Türkiyəli şərhçi: “Qurban Qurbanovu çağırın, bizim məşqçilərə dərs keçsin” - VİDEO

270895

Türkiyəli futbol şərhçisi Ertem Şener “Qarabağ”ın Çempionlar Liqasında “Benfika”ya qalib gəlməsi haqda fikirlərini bildirib.

Bizim.Media xəbər verir ki, o, Azərbaycan təmsilçisini Türkiyə klublarına nümunə çəkib:

“Fənərbağça”, “Qalatasaray” rəhbərlərinə deyin, Qurban Qurbanovu çağırsınlar, gəlib akademiya məşqçilərinə dərs desin.

“Qarabağ” rəhbərliyindən transferi necə etdiklərini soruşun. Adamlar 200 min avroya Kamilo Duranı alır, o da Çempionlar Liqasında qol vurur. Sizsə 21 milyon avroya Con Duranı gətirirsiz, o da əsa ilə gəzir. “Portimonense”dən “Qarabağ”a keçən kolumbiyalı Duran isə kluba tarix yaşadır…”


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin