Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

Hazırda oxunan: Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

270876

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçirilən oyunda (3:2) zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumu ciddi deyil.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, yarımmüdafiəçi ilə bağlı hər şey qaydasındadır:

“Sadəcə o, dünən bir az yorulmuşdu”.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin