"Mən də "Qarabağ"a məruz qaldım" - "Braqa"dan maraqlı VİDEO

Hazırda oxunan: "Mən də "Qarabağ"a məruz qaldım" - "Braqa"dan maraqlı VİDEO

270862

Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya 3:2 qalib gəlməsi ilə bağlı maraqlı video həsr edib.

Bizim.Media xəbər verir ki, bu barədə klub rəsmi “TikTok” hesabında paylaşım edib. 
 

Belə ki, videoda “Braqa” loqosunun qarşısında “I was Qarabağed”( Qarabağa məruz qaldım) , “Benfika” loqosunda cavab olaraq isə “Me too” (mən də) sözləri yazılıb. Bununla da rəsmdəki iki obrazın (“Braqa” və “Benfika”) ağlayaraq qucaqlaşdığı göstərilib. 


Sözügedən paylaşıma isə Azərbaycanlı azarkeşlər “Braqa”nın səmimi klub olması ilə bağlı şərhlər yazıb.

Qeyd edək ki, Portuqaliya klubu tez-tez “Qarabağ”la bağlı paylaşımları ilə diqqət çəkir. Bu isə izləyicilər tərəfindən səmimi qarşılanır. 

Xatırladaq ki, ötən il “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı. 

Sözügedən paylaşımı təqdim edirik: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin