“Barselona” “Nou Kamp”a qayıda bilmir

Hazırda oxunan: “Barselona” “Nou Kamp”a qayıda bilmir

270811

"Barselona" İspaniya La Liqasının 5-ci turunun "Xetafe" ilə matçını "Kamp Nou"da keçirməyi planlaşdırırdı.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisinin təmir işləri yekunlaşan stadiona qayıdışı bu həftə baş tutmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub yaxın günlərdə stadionun açılışı üçün tələb olunan icazənin alınması istiqamətində fəaliyyətini davam etdirəcək.

"Barselona" 21 sentyabr tarixində keçiriləcək görüşdə rəqibini "Estadi Yohan Kroyff" stadionunda qəbul edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin