Tovuzlu futbolsevərlərə ŞAD XƏBƏR – VİDEO

Hazırda oxunan: Tovuzlu futbolsevərlərə ŞAD XƏBƏR – VİDEO

270776

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir.

Bizim.Media xəbər verir ki, bu barədə "Turan Tovuz" klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, drenaj və suvarma sistemi quraşdırılan meydançaya toxum əkilib.

Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb. Təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Turan Tovuz" klubunun rəhbərliyi iyul ayında Tovuz şəhər stadionunda əsaslı təmir işlərinə start verib. İlk növbədə süni meydançanın təbii otla əvəzlənməsi nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin