III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin SAYI

Hazırda oxunan: III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin SAYI

270687

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.

Bakı Şəhər Halqasından Bizim.Media-ya verilən məlumata görə, yarışlarda 12 ölkədən ümumillikdə 2313 nümayəndə heyəti iştirak edəcək.

Azərbaycanı 349, Rusiyanı 262, Qazaxıstanı 259, Özbəkistanı 254, Belarusu 240, Tacikistanı 144, Türkmənistanı 48, Qırğızıstanı 126, Küveyti 6, Türkiyəni 38, iştirakını yeni təsdiqləyən Pakistan və Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışlar 12 idman məkanında keçiriləcək.

Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrinin iştirakı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin