"Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turunun "Qarabağ"la matçına ciddi itkilərlə çıxacaq.
Bizim.Media xəbər verir ki, Amar Dediç və Dodi Lukebakio zədəlidir.
Onlar Lissabon təmsilçisinin oyunöncəsi son məşqində iştirak etməyiblər. İki oyunçunun sabah meydanda olub-olmayacağına baş məşqçi Bruno Laje qərar verəcək.
Manu Silva, Aleksander Ba, Bruma və Nuno Feliks isə uzun müddətdir zədəlidir. Bu futbolçular Azərbaycan çempionu ilə qarşılaşmada iştirak etməyəcəklər.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:31 / 15.09.2025
“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR
Hazırda oxunan: “Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR
Hazırda oxunan: “Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR
270610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.