Qurban Qurbanov: “Hazırlıq istədiyimiz səviyyədə keçmədi”

Hazırda oxunan: Qurban Qurbanov: “Hazırlıq istədiyimiz səviyyədə keçmədi”

270485

“Hazırlığın istədiyim səviyyədə keçdiyini deyə bilmərəm. Məlum səbəblərə görə komandanın bir yerdə məşqi olmadı. İki hissəyə bölünmüşdük - milli komandaya gedən futbolçular və burada qalanlar”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Benfika” ilə Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunu üçün Portuqaliyaya səfərdən öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, Premyer Liqanın IV turunda evdə “Zirə” ilə 1:1 heç-heçə etdikləri oyunda istədiklərini maksimum səviyyədə etməyə çalışdıqlarını bildirib:
 

“Amma qarşımızda çox yaxşı bir kollektiv var idi. Məncə, bu oyunun futbolçularımız üçün böyük faydası oldu.Birəbir mübarizəli oyun getdi. Ola bilər ki, bu, bizə “Benfika” ilə oyunda faydalı olsun. Milli komandanın oyunçuları iki oyun oynayıb gəlmişdilər. Çox yorulmuşdular deyə onlara tam istirahət verdik.


Sabah daha bir məşqimiz olacaq. Yaxşı rəqibə qarşı yaxşı oyun göstərməyə çalışacağıq. Nəriman Axundzadadən başqa heyətimizdə hamı formadadır”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin