İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

Hazırda oxunan: İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

270248

Azərbaycan boksçuları İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında 2 medal qazanıblar.

Bizim.Media xəbər verir ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (90 kq) mundialı 3-cü pillədə başa vurublar.

Cəfərov (75 kq) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz bürünc medala sahib olub.

Alfonso Dominqes (90 kq) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub. > Rashad

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin