Bölgə klubu yeni transferlərini AÇIQLADI

Hazırda oxunan: Bölgə klubu yeni transferlərini AÇIQLADI

269971

I Liqada mübarizə aparan "ASTA Mingəçevir" transfer fəaliyyətini davam etdirir.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi 5 futbolçunun keçidini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vüsal Əsgərov, Taleh Qarayev, Jonah Attuquaye, Orxan Sadıqlı, Sahib Həsənov nur şəhərinin komandasının formasını geyinəcək.

Qeyd edək ki, "ASTA Mingəçevir" daha əvvəl Samir Abdullayev, Rimas Kerimi, Məhəmməd Kadiri, Cabir Əmirli, Məhəmməd Səfərov və Kennet Kalungay, Kənan Quliyev, Rəhim Cəfərli, Qurban Səfərov, Bakary Jaiteh, Nicat Məmmədov və Seymur Məmmədovla müqavilə imzalayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin