"Turan Tovuz"dan yeni transfer - Rəsmi

Hazırda oxunan: "Turan Tovuz"dan yeni transfer - Rəsmi

269957

"Turan Tovuz" yeni transferini rəsmiləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Xorxe Silvanı transfer edib. Son olaraq Sloveniya “Olimpiya”sının şərəfini qorumuş portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 

Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.


Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib.

O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin