Azərbaycan millisində TARİXİ REKORD

Hazırda oxunan: Azərbaycan millisində TARİXİ REKORD

269586

Emin Mahmudov Azərbaycan futbolu tarixinə düşüb.

Bizim.Media xəbər verir ki, “Neftçi”nin 33 yaşlı futbolçusu milli komandada 15-ci qolunu vurub.

O, DÇ-2026-nın seçmə mərhələsinin bu gün Ukraynaya qarşı Bakıda keçirilən oyunun 72-ci dəqiqəsində penaltidən fərqlənib və hesabı bərabərləşdirib.

Bununla da Mahmudov Qurban Qurbanovu (14 qol) geridə qoyaraq Azərbaycan millisinin ən çox qol vuran oyunçusu olub.
 

Yarımmüdafiəçi Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib. Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu.


Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin