“Qalatasaray”da AĞIR İTKİ

Hazırda oxunan: “Qalatasaray”da AĞIR İTKİ

269544

Türkiyə çempionu "Qalatasaray"ın heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Viktor Osimhen sıradan çıxıb.

Nigeriya millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsinin Ruanda ilə matçında zədələnib. 26 yaşlı forvardın ayaq biləyində gərilmə və qanaxma aşkarlanıb.

Ulduz futbolçu 13 sentyabr tarixində "Eyüpspor"la keçiriləcək Super Liqa matçında iştirak etməyəcək. Onun ayın 18-də "Ayntraxt"la baş tutacaq Çempionlar Liqası oyununa kimi hazır olacağı ehtimal olunur.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 3 Super
Liqa matçında 2 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin