Daha iki boksçumuz dünya çempionatında MƏRHƏLƏ ADLADI

Hazırda oxunan: Daha iki boksçumuz dünya çempionatında MƏRHƏLƏ ADLADI

269362

Azərbaycanın daha iki boksçusu İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb. 

Bizim.Media Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Nicat Hüseynov (55 kq) kubalı Rolando Martines Pereslə qarşılaşıb.
 

1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Hüseynov rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.


Murad Allahverdiyev (80 kq) də adını 1/8 finala yazdırıb. Boksçu Amar Koçini (Albaniya) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). O, ikinci qarşılaşmasında Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

Hər iki boksçu 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.

Daha öncə Sübhan Mamedov (50 kq) və Səidcəmşid Cəfərov (75 kq) da 1/8 finala yüksəlib. Alfonso Dominqes (90 kq) isə reytinqinə görə bu mərhələdən yarışa qoşulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin