“Fənərbaxça”nın futbolçusu “Beşiktaş”a KEÇDİ

Hazırda oxunan: “Fənərbaxça”nın futbolçusu “Beşiktaş”a KEÇDİ

269344

"Beşiktaş" hücum xəttini yeni oyunçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, "qara qartallar" "Fənərbaxça"dan Cengiz Ünderi icarəyə götürüb.

Klublar arasındakı müqavilədə satınalma bəndi də yer alıb. 28 yaşlı vingerin 3,7 milyon avroluq maaşını iki klub birlikdə ödəyəcək.
 

Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi 2023-cü ilin yayında "Marsel"dən 15 milyon avroya transfer edib.


Türkiyə millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Los Anceles"də çıxış edib. Təcrübəli oyunçu MLS təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin