"İnter Mayami"nin hücumçusu Luis Suaresə ağır cəza verilib.
Bizim.Media xəbər verir ki, uruqvaylı forvard 6 oyunluq cəzalandırılıb. Bu barədə "Associated Press" məlumat yayıb.
Suaresin cəzaya məruz qalmasının səbəbi Liqalar Kubokunun "Sietl Saunders"lə final matçından (0:3) sonrakı davranışlarıdır.
38 yaşlı futbolçu rəqibin əməkdaşlarından birinin üzünü tüpürüb.
Rəşad Rafiqoğlu, Bizim.Media