Ceyhun Sultanov: “Santuşu göndərib, hər şeyi yenidən başlamaq lazımdır”

Hazırda oxunan: Ceyhun Sultanov: “Santuşu göndərib, hər şeyi yenidən başlamaq lazımdır”

269078

Milli komandamızın dünya çempionatının seçmə mərhələsinini ilk oyununda biabırçı hesabla uduzması futbol ictimaiyyətində ciddi rezonans doğurub. İslandiyaya 0-5 hesablı məğlubiyyəti çoxları baş məşqçi Fernandu Santuşun yarıtmaz fəaliyyətində görür.

Təsadüfi deyil ki, portuqaliyalı məşqçi millimizə rəhbərlik etdiyi vaxtdan bəri hələ də qələbə qazana bilməyib.

Futbol eksperti Ceyhun Sultanov Bizim.Media-ya açıqlamasında portuqaliyalı məşqçinin gələcək oyunlarda da heç nəyə nail ola bilməyəcəyini düşünür:

“Bizim millinin potensialı budur. Bundan artığına ümid edə bilmərik. Ona görə də belə vəziyyətdə bizə heç bir xarici məşqçi kömək edə bilməz.
 

Məhz buna görə dərhal Santuş istefaya göndərilməli və əvəzində yerli məşqçi gətirilməlidir. Bu futbolçularla ancaq yerli məşqçi işləməlidir. Santuş özü heç vaxt istefa verməyəcək. Çünki belə vəziyyətdə o, təzminat ala bilməyəcək. AFFA onu istefaya göndərsə, böyük məbləğdə kompensasiya ödəməli olacaq.


Əgər indidən ciddi tədbir görülməsə, gələcəkdə daha acı məğlubiyyətlər ola bilər. Yenə deyirəm bu milli komandamızın heç bir potensialı yoxdur.

Ona görə dərhal Santuş göndərilməli, yerli məşqçi gətirilməli və aşağı yaş qruplarına fikir vermək lazımdır ki, yeni keyfiyyətli futbolçu nəsli yetişsin”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin