Dünya çempionu Emin Çetinbağ Moskvada SAXLANILDI

Hazırda oxunan: Dünya çempionu Emin Çetinbağ Moskvada SAXLANILDI

269058

Taekvondo üzrə dünya çempionu Emin Çetinbağ bir neçə keçmiş polis əməkdaşının da daxil olduğu cinayətkar qruplaşmada dələduzluq işi ilə bağlı həbs olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Moskva istintaqçıları Emin Çetinbağ və polis idarələrindən birinin keçmiş əməliyyatçıları da daxil olmaqla altı nəfərə qarşı cinayət işi aparır.

Mətbuat xidmətinin məlumatına görə, “hər birinin rolundan asılı olaraq” onlara Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin “a”, “g”, “e” bəndləri (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 159-cu maddəsinin 4-cü hissəsi (dələduzluq) üzrə ittihamlar irəli sürülüb.
 

Qrupun beş üzvünə rəsmi ittiham elan olunaraq həbs qətimkan tədbiri seçilib, daha bir nəfər isə axtarışa verilib.


İlkin ehtimallara görə, cinayətkar dəstə 2025-ci ilin fevralında yaradılıb. Qrupun təşkilatçısı öz tanışlarını – o cümlədən Çetinbağı və polis əməkdaşlarını oraya cəlb edib.

Qrupun lideri kriptovalyuta ilə məşğul olan və böyük maliyyə vəsaitinə sahib insanları müəyyən edirdi.

Daha sonra idmançı, zərərçəkənlərlə yaxşı münasibətlərindən istifadə edərək, onlarla görüş təyin edir, vəziyyəti öyrənir və onların harada olduqları barədə dəstənin digər üzvlərinə məlumat verirdi.

Bu vaxt cinayətkar qrupun üzvləri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edir, xidməti vəsiqələrini göstərir və guya terrorçuluğa dəstək də daxil olmaqla törədilmiş cinayətlərdə ittiham edərək əməliyyat tədbirləri aparmaqla, polis şöbəsinə aparılmaq və saxlanılmaqla hədələyirdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin