Türkiyə nəhəngləri "Real"ın oyunçularını HƏDƏFLƏDİLƏR

Hazırda oxunan: Türkiyə nəhəngləri "Real"ın oyunçularını HƏDƏFLƏDİLƏR

268968

“Beşiktaş”ın yeni məşqçi heyəti “Real”ın mərkəz müdafiəçisi Raul Asensio ilə maraqlanır.

Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Buna baxmayaraq futbolçunun İspaniya nəhəngini tərk etmək fikri yoxdur.

Bildirilir ki, digər türk klubu – “Fənərbaxça” isə “kral klubunun” başqa bir müdafiəçisini – David Alabanı heyətinə qatmaq niyyətindədir. “Real” rəhbərliyi avstriyalı oyunçunun mümkün transferinə mane olmayacaq. Səbəb kimi onun komandadakı ən yüksək maaş alan futbolçulardan biri olması
göstərilir.

Bundan əlavə, Madrid klubunda 33 yaşlı futbolçunun əvvəlki yüksək oyun səviyyəsini bərpa edə biləcəyinə dair şübhələr var. Lakin Alaba özü ən yaxşı formasına qayıtmaq üçün çox çalışmağa hazır olduğunu açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin