“Roma” Dibala ilə müqaviləni UZADIR

Hazırda oxunan: “Roma” Dibala ilə müqaviləni UZADIR

268785

“Roma”nın idman direktoru Frederik Massara yay transfer pəncərəsi bağlandıqdan sonra anlaşması 2026-cı ilin yayında başa çatacaq oyunçularla müqavilələrin uzadılması üzərində işləməyə diqqət yetirib.

Bizim.Media xəbər verir ki, bu futbolçular arasında argentinalı hücumçu Paulo Dibala da var.

31 yaşlı futbolçu komandada qalmaq istədiyini bildirib və rəhbərlik bu niyyəti alqışlayır.
 

Müqavilənin uzadılması ilə bağlı ilk görüşün yaxın həftələrdə keçirilməsi planlaşdırılır. Dibala 2028-ci ilin yayına kimi “Roma”da oynamaq fikrindədir.


2024/25 mövsümündə Dibala 36 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 2023-cü ilin iyulundan paytaxt təmsilçisinin şərəfini qoruyur. “Transfermarkt”a görə oyunçunun dəyəri 8 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin