Levandovski fantastik təklifdən İMTİNA ETDİ

Hazırda oxunan: Levandovski fantastik təklifdən İMTİNA ETDİ

268782

"Barselona"nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanında oynamaqdan imtina edib.

Bizim.Media xəbər verir ki, Asiya ölkəsinin klublarından biri polşalı forvarda cəlbedici təklif göndərib.

Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
 

Ərəblər Levandovskiyə illik 100 milyon avro maaş təklif edib. 37 yaşlı futbolçu bu təklifi rədd edib. O, Avropada qalmağa üstünlük verib.


Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Polşa millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 42 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin