Daha bir cüdoçumuz Avropa çempionu oldu

Hazırda oxunan: Daha bir cüdoçumuz Avropa çempionu oldu

268769

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, final görüşündə Azərbaycan təmsilçisi Məhəmməd Musayev ( 57 kiloqram) fransalı Aleksis Renard ilə qarşılaşıb.

Görüşdən qələbə ilə ayrılan idmançımız qızıl medalın sahibi olub.
 

Daha əvvəl 60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov italiyalı Françesko Sampinonu üstələyərək qızıl medal əldə edib.


Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin