Futbol üzrə İslandiya millisi Azərbaycan yığmasına qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununda qalib gəlmək istəyir.
Bizim.Media xəbər verir ki, bunu komandanın baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında deyib.
O, sabah baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:
"Bunun ölüm-dirim məsələsi olduğunu söyləməyəcəyəm. Böyük arzularımız var. Azərbaycanla matçda qalib gəlməliyik. Özümüzə təzyiq göstərməliyik. Hər kəs inanılmaz dərəcədə sakitdir. Məşqlər fantastik keçdi. Meydan da möhtəşəmdir. Həyacan səviyyəsinin yerində olduğunu düşünürəm. Həqiqətən növbəti matç üçün yaxşı hisslərim var".
Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media