“Kəpəz” rəhbərliyi baş məşqçiyə VAXT VERDİ

Hazırda oxunan: “Kəpəz” rəhbərliyi baş məşqçiyə VAXT VERDİ

268709

“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürov iştirak ediblər.

İclasda komandanın Premyer Liqanın ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub. Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib və baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf olaraq qoyulub.
 

Bundan əlavə, iclasda bir sıra qərarlar qəbul olunub. Erkin İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb. İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov İdarə Heyətinin üzvülüyündən çıxarılıb.


Digər strukturlarda da dəyişikliklər gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin