"Qarabağ" Çempionlar Liqasında heyətinin dəyərinə görə 34-cü oldu

Hazırda oxunan: "Qarabağ" Çempionlar Liqasında heyətinin dəyərinə görə 34-cü oldu

268681

UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən komandaların heyətlərinin dəyərləri bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Transfermarkt" portalı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu "Qarabağ" 34-cü pillədə qərarlaşıb.

"Köhlən atlar"ın futbolçularının ümumi qiyməti 25.08 milyon avrodur.

Kipr təmsilçisi "Pafos" 24.05 milyon avro ilə 35-ci, Qazaxıstanın "Kayrat" klubu isə 12.80 milyon avro ilə 36-cıdır.

Qeyd edək ki, ilk üçlükdə "Real Madrid" (1.4 milyard avro), "Arsenal" (1.33 milyard avro) və "Mançester Siti" (1.23 milyard avro) yer alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin