Millimiz İslandiyaya qalib gəldi

Hazırda oxunan: Millimiz İslandiyaya qalib gəldi

268610

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 

“Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.


Qeyd edək ki, U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin