Portuqaliya prezidenti Jota və Koştanı ordenlə TƏLTİF ETDİ

Hazırda oxunan: Portuqaliya prezidenti Jota və Koştanı ordenlə TƏLTİF ETDİ

268602

Portuqaliya Prezidenti Marselu Rebelo di Souza ölkə yığmasının sabiq futbolçuları Dioqo Jota və Jorje Koştanı ölümlərindən sonra “Xidmətlərə görə” ordeni ilə təltif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası (FPF) məlumat yayıb.

Mükafatlar Jota və Koştanın ailə üzvlərinə təqdim olunub. Həmçinin Portuqaliya yığmasının bazasında futbolçuların xatirəsinə həsr olunmuş memorialın açılış mərasimi keçirilib.

Xatırladaq ki, iyulun 3-də Jota İspaniyanın Samora vilayətində qəzada dünyasını dəyişib.
 

Hadisə zamanı onun qardaşı Andre Silva da həyatını itirib. Jota karyerası ərzində “Pasuş de Ferreyra”, “Portu”, “Atletiko”, “Vulverhempton” və “Liverpul”un heyətində çıxış edib.


Digər futbolçu Jorje Koşta isə avqustun 5-də, 52 yaşında vəfat edib. O, 1990–2005-ci illərdə “Portu”nun formasını geyinərək 324 oyun keçirib. Portuqaliya millisində isə 50 dəfə meydana çıxıb. Koşta karyerası ərzində həmçinin “Standard”, “Charlton Athletic”, “Maritimu” və “Penafiel”də də forma geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin