İspaniya çempionu "Barselona"nın heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, La Liqa nəhənginin müdafiəçisi Alexandro Valde sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı sol cinah müdafiəçisi komandanın bu gün baş tutan məşqində ayaq əzələsindən zədə alıb. 21 yaşlı futbolçunun yaşıl meydanlara qayıdış tarixi müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media