Kamerunlu hücumçu İran klubuna KEÇİR

Hazırda oxunan: Kamerunlu hücumçu İran klubuna KEÇİR

268585

"Hatayspor"dan ayrılan Vensan Abubakarın yeni klubunun adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, kamerunlu forvard karyerasını İranda davam etdirəcək. Bu barədə "Africafoot" məlumat yayıb.

Abubakar "Esteqlal"la anlaşıb. 33 yaşlı forvard Tehran klubu ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Hatayspor" Vensan Abubakarı ötən ilin sentyabr ayında "Beşiktaş"daən transfer etmişdi. Kamerun millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin